Livanda aksiyalar davam edir: <font color=red> 40 nəfər yaralanıb </font>

Dünya

13.06.2020 - 22:18

Livanda xalq iqtisadi böhran, işsizlik sayının artmasına etiraz edir


Livanda təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən toqquşmalarda ən az 40 nəfər yaralanıb.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, Livanda xalq son zamanlarda artan işsizlik sayının, normal yaşam şərtlərinin bahalaşmasına diqqət çəkmək üçün xalq küçələrə çıxıb, etiraz edib. Beyrut və Trablusda etiraz səsini qaldıran xalq iqtisadi böhrandan məsul bildikləri hökümət və mərkəzi bank əleyhinə şüarlar qaldırıblar.

 

Bir çox bölgələrdə rezin təkərlər yandıraraq nəqliyyatın yollarını bağlayan etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb. Etiraz zamanı ətrafdakı iş yerləri dağıdılıb, ziyan vurulub. 40 nəfərin yaralandığı deyilir. 

Müəllif: Ayna.az