Lerikdə meşədəki yanğın söndürülüb

Hadisə

22.08.2021 - 10:56

Həkimlər Klinikalar SEO Xidməti

Bir hektar sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb

 

Lerik rayonu, Haftoni kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Yanğın zamanı bir hektar sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.

 

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

 

Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş