Lənkəranda ikimərtəbəli evdə yanğın olub

Hadisə

30.06.2021 - 09:38

Evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 210 kvadratmetr sahədə yanıb

 

Lənkəran şəhərinin Boladi kəndində ümumi sahəsi 420 m² (hər mərtəbəsi 210 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 210 m² sahədə yanıb.

 

AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Müəllif: Ayna.az