Lavrovla Şoyqu deputat mandatından imtina ediblər

Dünya

29.09.2021 - 12:28

Həkimlər Klinikalar SEO Xidməti

İlk beşlikdə olanlardan yalnız Anna Kuznetsova Dövlət Dumasına gedib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri, ordu generalı Sergey Şoyqu deputat mandatından imtina ediblər.

AYNA-nın APA-ya istinadla xəbərinə görə, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) qərar layihəsində qeyd olunub.

Bildirilib ki, sentyabrın 19-da VIII çağırış Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə hakim “Vahid Rusiya” partiyasının siyahısında ilk beşlikdə yer alan S. Lavrov və S. Şoyqu deputat mandatını qəbul etməyiblər.

“Vahid Rusiya” Partiyasının siyahısına liderlik edən Kommunarkadakı xəstəxananın baş həkimi Denis Protsenko və “İstedad və uğur” fondunun rəhbəri Yelena Şmelova da deputat mandatından imtina ediblər.

İlk beşlikdə olanlardan yalnız uşaq ombudsmanı Anna Kuznetsova Dövlət Dumasına gedib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş