Lavrov: “Qərbli həmkarlarımızın inadkarlığı məni təəccübləndirdi”

Dünya

14.10.2021 - 15:07

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya XİN başçısı Lavrov “Normand formatı”nın perspektivlərini dəyərləndirib

Ukraynanın şərqindəki münaqişənin sülh yolu ilə həllinin müzakirəsi üçün "Normand formatı"nın gələcək perspektivləri Kiyevin Minsk razılaşmalarını yerinə yetirməsindən asılıdır. AYNA xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov XİN-in “Twitter” səhifəsində yayımlanan brifinqində deyib.

Onun sözlərinə görə, əvvəlki sammitlərin qərarları ilə bağlı heç bir irəliləyiş olmadıqda, Qərb ölkələrinin “Normand dördlüyü”nün növbəti görüşünü təşkil etmək təşəbbüsü mənasızdır.

"Əlbəttə, qərbli həmkarlarımızın əvvəlki qərarların icrasını təmin etmədən “Normand formatı”nın bərpasına bu qədər inadkarlıq göstərməsi məni bir az təəccübləndirdi”, - deyə Lavrov vurğulayıb.

XİN başçısı Rusiya Prezidenti Vladimir Putinin Fransa və Almaniya liderləri ilə bu formatda görüşlərin bərpasının məqsədəuyğunluğunu müzakirə etdiyini və Ukraynanın Minsk razılaşmalarında üzərinə götürdüyü öhdəliklərdən yayındığını sübut edən xüsusi nümunələr verdiyini söyləyib: “Bu, Donbassda müharibə bitdikdən sonra dialoqun qarşısında əsas maneədir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş