Laçın istiqamətində mövqelərimiz atəşə tutuldu

Xəbərlər

24.06.2022 - 14:32

Həkimlər Klinikalar SEO Xidməti

Müdafiə Nazirliyi məlumat yayıb

İyunun 24-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən AYNA-ya verilən xəbərə görə, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş