Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Xəbərlər

27.05.2025 - 22:23

cedabet dərman SEO Xidməti

Sarı və narıncı xəbərdarlıq verilib

Mayın 28-29-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən xəbərə görə, Naxçıvan MR, Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Füzuli, Naftalan, Goranboy, Mingəçevir, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Yevlax, Bərdə, Tərtər, Hacıqabul, Qobustan, Sabirabad, Salyan, Neftçala, Biləsuvar, Lerik, Yardımlı, Cəlilabad, Quba, Xızı, Siyəzəndə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Xaçmaz, Qusar və Şabranda da şərq küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş