Kreml: “Pandemiya referenduma təsir etməyəcək”

Dünya

02.06.2020 - 14:32

Peskov: “Epidemioloji vəziyyətin seçici fəallığına mənfi təsir edəcəyini düşünmürük”

 

Kreml koronavirusla bağlı Rusiyadakı epidemioloji vəziyyətin Konstitusiya dəyişiklikləri üçün keçiriləcək referendum təsir göstərməyəcəyi qənaətindədir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Prezidentin mətbuat katibi Dmitri Peskov danışıb.

 

"Epidemioloji vəziyyətin referendumda seçici fəallığına mənfi təsir edəcəyini düşünmürük", deyə Peskov vurğulayıb.

 

Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin 1 iyulu ümumxalq səsverməsi günü elan edib. Rusiyada Konstitusiya dəyişikliyi üçün iyulun 1-də referendum keçiriləcək. Putin xalqı səsvermədə fəal iştirak etməyə çağırıb.

Müəllif: Ayna.az