Kreml: BMT-yə alternativ tapmaq mümkün deyil

Dünya

21.02.2025 - 15:58

Həkimlər Klinikalar SEO Xidməti

Peskov: “BMT-nin bütün səmərəsizliyinə baxmayaraq, onun əvəzini tapmaq mümkünsüzdür”

“Müasir şəraitdə BMT-yə alternativ tapmaq mümkün deyil”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz BMT-nin aparıcı rolundan çıxış edirik. Hesab edirik ki, müasir çağırışlar fonunda bu təşkilatın aşkar səmərəsizliyinə baxmayaraq, bu təşkilatı əvəz edən yoxdur”, - Kremlin rəsmi nümayəndəsi bildirib.

Bundan əvvəl ABŞ Respublikaçılar Partiyasından olan konqresmenlər ölkənin BMT və onun tabeliyindəki qurumlarında üzvlüyünə son qoymağı təklif edən “BMT-nin 2025-ci il üçün ayırma aktı” adlı qanun layihəsi təqdim ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş