Kraliça II Elizabet İlham Əliyevə təbrik ünvanlayıb

Xəbərlər

24.05.2021 - 13:48

Həkimlər Klinikalar SEO Xidməti

Ülyahəzrət Respublika Günü münasibətilə Prezidenti və Azərbaycan xalqını təbrik edib

 

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

 

AYNA-nın xəbərinə görə, təbrikdə deyilir: “Zati-aliləri,

 

Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan xalqına və Zati-alinizə təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

 

Keçirdiyimiz bu çətin ildən sonra qlobal səhiyyənin üzləşdiyi maneələri dəf edəcəyimizə və gələcəkdə daha gözəl günlər yaşayacağımıza olan ümidimi ifadə etmək istəyirəm”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş