Koronavirusun sirli tərəfləri, yeni müəmmalar: <font color=red> Sağaldı, evə gəldi, sonra isə...</font>

Dünya

04.05.2020 - 12:14

Mütəxəssislər getdikcə artan bu vəziyyəti “yanlış şəfəq” adlandırıb

 

Avstraliyanın Cənubi Uels əyalətində yaşayan 35 yaşlı Mirabai Nikolson-McKellar koronavirusa yoluxandan sonra  xəstəxanaya yerləşdirilib və bir ay ərzində müalicə prosesi keçib. McKellar sağlandan sonra evə yola salınıb və yeni testi neqativ çıxdığı üçün karantini tərk etmək üçün icazə istəyib.

 

AYNA xəbər verir ki, bundan sonra McKellar nəfəs almaqda çətinlik çəkib və ağrıları yenidən baş qaldırıb. Təcili yardıma müraciət edəndən sonra gənc qadın üçün edilən növbəti koronavirus testi müsbət olub.

 

McKellar isə bu durum qarşısında müəmmalı olduğunu bildirib: “Məni düşündürən bunun nə vaxt bitəcəyidir. Hələ də bilmirəm ki, xəstəyəm, yoxsa yox?”.

 

Mütəxəssislər isə getdikcə artan bu vəziyyəti “yanlış şəfəq” adlandırıb. Xəstəlik prosesinin hamı üçün fərqli olduğunu bildirən mütəxəssislər tədric tədbirləri nəticəsində pandemiyanın yeni sirlərinin üzə çıxacağını bildiriblər.

Müəllif: Ayna.az