Koronavirusun müalicəsi üçün yeni dərman yaradılıb

Dünya

06.11.2021 - 02:36

Preparatın “mükəmməl effektivliyi” ilə bağlı sınaqlar başa çatdırılır

ABŞ-ın "Pfizer" şirkəti koronavirusun müalicəsi üçün yeni preparat yaradıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, yeni preparat "Paxlovid" adlanır.

Tibbi sınaqların nəticəsinə görə, "Paxlovid" koronaviruslu şəxslərdə xəstəxanaya yerləşdirilmə və ölüm risklərini 89 faiz azaldır. 

"Pfizer"in yaydığı məlumatda deyilir ki, şirkət "Paxlovid" preparatınınn “mükəmməl effektivliyi” ilə bağlı sınaqları başa çatdırır və məlumatları ABŞ-ın Qida məhsulları və dərmanların keyfiyyətinə Sanitar Nəzarət İdarəsinə (FDA) ötürməyə başlayır.

Müəllif: Ayna.az