Koronavirusun daha bir ştammı aşkarlanıb

Dünya

01.04.2021 - 08:24

Yeni ştamm Manaos şəhərində ortaya çıxan daha yoluxucu növün mutasiyaya uğramış halı ola bilər

 

Braziliyanın San-Paulo ştatında koronavirusun yeni mutasiyası aşkarlanıb. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bunu Butantan İnstitutunun direktoru Dimas Kovas dilə gətirib.

 

O, keçirdiyi mətbuat konfransında aparılan təhlillər nəticəsində əyalətin Sorokoba şəhərində koronavirusun Cənubi Afrika ştammına bənzəyən yeni bir növünə rast gəldiklərini açıqlayıb.

 

O qeyd edib ki, virusun aşkarlandığı şəxs Cənubi Afrikaya səyahət etməyib və oraya səyahət edən heç kimlə təmasda olmayıb:

 

“Bu səbəbdən yeni ştamm ölkənin Amazonas ştatının Manaos şəhərində ortaya çıxan daha yoluxucu növün mutasiyaya uğramış halı ola bilər”.

 

Kovas onu da əlavə edib ki, sözügedən mutasiya hələlik yalnız bir şəxsdə aşkarlanıb və onunla təmasda olanlar karantinə alını

Müəllif: Ayna.az