Koronavirusla bağlı Psixoloji Mərkəz açılacaq

Xəbərlər

08.04.2020 - 17:51

Süni tənəffüsə bağlanan xəstələrin sayı çoxalsa, vəziyyət pisləşəcək

 

“Hazırda ağır vəziyyətdə olan xəstələr də var. Əgər karantin vəziyyəti pozanlaar qaydaları pozmaqda davam etsə, xəstə sayı çoxalacaq, qaydalar da sərtləşdilə bilər”.

 

AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünki mətbuat konfransında çıxış edən TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

 

R.Bayramlının sözlərinə görə, hazırda xüsusi xəstəxanalar texniki baxımdan yaxşı vəziyyətdə olsa da, xəstələrin sayı artsa, süni tənəffüs aparatları Avropa ölkələrində olduğu kimi bizdə də çatmayacaq.

 

TƏBİB rəsmisi onu da əlavə edib ki, koronaviruslu gənc xəstələr də var, insanlar elə bilməsin ki, yalnız yaşlı insanlarda yoluxma və vəziyyət pisləşə bilər: “Hazırda isə 105 nəfər arasında 1 nəfər yaşlı qadın daha ağırdır. Həmin qadın onkoloji xəstədir".

 

“Xəstə və həkimlərin pandemiya ilə bağlı psixoloji vəziyyətini yaxşılaşdırmaq üçün tezliklə yeni Psixoloji Mərkəz açılacaq. Orada mütəxəssislər toplaşacaqlar və insanlara xidmət göstərəcəklər”, - deyə Bayramlı vurğulayıb.

Müəllif: Raminə Eyvazqızı