Koronavirusla bağlı əhaliyə rəsmi çağırış – <font color=red> VİDEO</font>

Cəmiyyət

05.04.2020 - 16:25

Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi əməl edin

 

Fövqəladə Hallar Nazirliyi (FHN) koronavirus təhlükəsi barədə vətəndaşlara çağırış edir. Bununla bağlı FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumatda deyilir:

 

“Ölkəmizdə koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində, məlum olduğu kimi, aprel ayının 20-nə kimi ölkədə xüsusi karantin rejimi tətbiq edilir.

 

Özünüzün, əzizlərinizin və bütün Azərbaycan cəmiyyətinin sağlamlığı naminə hər kəsi karantin rejiminə, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi əməl etməyə çağırırıq”.

Müəllif: Ayna.az