Koronavirusdan sağalanların sayı bir milyon nəfərə yaxınlaşır

Dünya

29.04.2020 - 13:39

İlk dəfə Çində qeydə alınan xəstəlik bu günə qədər 200-dən çox ölkəyə yayılıb

 

Dünyad üzrə yeni növ koronavirusdan sağalanların sayı 960 min nəfəri keçib. AYNA “Worldometer” saytına istinadən xəbər verir ki, xəstələrin ən çox sağaldığı ölkələr ABŞ (142 min 238), İspaniya (123 min 903), Almaniya (120 min 400), Çin (77 min 578), İran (72 min 439), İtaliya (68 min 941) və Fransadır (46 min 886 nəfər).

 

İlk dəfə Çində qeydə alınan xəstəlik bu günə qədər 200-dən çox ölkəyə yayılıb. Ümumi olaraq virusa yoluxanların sayı 3 milyon 146 min 200 nəfərə çatıb. 218 min 139 nəfər isə bu günə qədər virusdan dünyasını dəyişib.

Müəllif: Ayna.az