Baş redaktor artıq evə buraxılıb
“Kaspi” qəzetinin baş redaktoru, Əməkdar jurnalist İlham Quliyev COVID-19 infeksiyasından sağalıb. AYNA xəbər verir ki, bu barədə onun özü “Facebook” səhifəsində məlumat paylaşıb.
“Əziz dostlar! Müalicəmi yekunlaşdırıb xəstəxanadan evə buraxıldım. Allahın köməkliyi ilə çətin günləri arxada qoyduq. 14 günlük karantinindən sonra iş başına dönəcəyəm. Maraqlanan, narahat olan hamıya təşəkkür edirəm. Özünüzü qoruyun”, - deyə Quliyev qeyd edib.