Koronavirusa yoluxanların sayı 6,4 milyonu keçib

Dünya

05.06.2020 - 08:37

Koronavirusa yoluxanların sayı artmaqda davam edir 

 

Dünyada son sutkada koronavirusa yoluxanların sayı 129 281 nəfər artaraq 6416828 milyona çatıb. 

 

AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Qeyd edilib ki, dünyada yeni virusdan ölənlərin ümumi sayı isə 382867 nəfərdir. Son sutkada 4842 xəstənin öldüyü bildirilir.

 

Ən çox infeksiyaya yoluxma Amerikada qeydə alınıb - 3022824.

Müəllif: Ayna.az