Koronavirus qurbanlarının sayı iki min nəfəri ötdü

Dünya

19.02.2020 - 05:19

cedabet dərman SEO Xidməti

Koronovirus təhlükəsi bütün dünyanı təşvişə salıb 

 

Çində koronavirus qurbanlarının sayı durmadan artır.

 

Bu barədə AYNA  RİA “Novosti”yə istinadən xəbər verir.

 

Son məlumata görə, ölkədə 2 004 nəfər virusun qurbanı olub. Çin həkimləri 14 376 xəstənin sağalmasına nail olublar.

 

Bildirilir ki, ölkədə virusa yoluxanların sayı da artaraq 74 185 nəfərə çatıb.

 

Ötən gün virusa ölkə üzrə 1 749 yoluxma təsdiqlənib, 136 ölüm hadisəsi qeydə alınıb. Onlardan 132-i Xubey əyalətində baş verib. 

 

Qeyd edək ki, Çində koronavirus ötən ilin sonlarında Xubey əyalətində yayılmağa başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş