“Koronavirus insan haqları böhranı yaradıb” – <font color=red> BMT Baş katibi</font>

Dünya

23.04.2020 - 11:09

cedabet dərman SEO Xidməti

Antonio Quterreş: “Hökumətlər əvvəlkindən daha şəffaf, daha məsuliyyətli və diqqətli olmalıdır”

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş koronavirusla mübarizə çərçivəsində insan hüquqlarının pozulması ilə bağlı hesabat təqdim edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Quterreş iqtisadi və sosial böhrana səbəb olan pandemiyanın tez bir zamanda insan hüquqları böhranına da çevrildiyi barədə xəbərdarlıq edib.

 

Baş katib pandemiya səbəbindən insanlar arasında nifrətin artdığını, həssas qrupların hədəf alındığını və sərt təhlükəsizlik tədbirlərinin tətbiq olunduğunu bildirib: “Hökumətlər əvvəlkindən daha şəffaf, daha məsuliyyətli və diqqətli olmalıdır. Vətəndaş cəmiyyəti və mətbuat azadlığı çox vacibdir”.

 

Quterreş təcili tədbirlər çərçivəsində ayrı-seçkiliyin yolverilməz olduğunu vurğulayıb və bu müddət ərzində insan hüquqlarının qorunmasına çağırış edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş