Koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

09.06.2021 - 17:08

İkinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 072 nəfərdir

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 466 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 394, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 072 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 624 876, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 679 448, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 945 428 təşkil edir.

#

Müəllif: Ayna.az