Koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Aktual

19.05.2021 - 16:52

Azərbaycanda bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11633-dür

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28635 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11633, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17002 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1863292, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1054414, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 808878 təşkil edir.

#

Müəllif: Ayna.az