Konqoda silahlılar 15 nəfəri öldürüb

Dünya

07.08.2021 - 02:52

Həkimlər Klinikalar SEO Xidməti

Mbinqidən 1 kilometr məsafədə yerləşən kəndə hücum edilib 

 

Konqo Demokratik Respublikasının şərqində azı 15 nəfər son iki gün ərzində "Demokratik Qüvvələr İttifaqı" terror qruplaşmasının silahlıları tərəfindən öldürülüb.

 

AYNA xəbər verir ki, bu barədə yerli icmalara istinadən “Agence France-Presse” (AFP) bildirib.

 

Məlumata görə, Şimali Kivu əyalətində, Beni ərazisində iki hücum edilib. Birinci hücumu silahlılar avqustun 5-də həyata keçiriblər və Mbinqi kəndində 10 nəfəri öldürüblər. Növbəti gün onlar Mbinqidən 1 kilometr məsafədə yerləşən başqa kəndə hücum ediblər və daha 5 sakini öldürüblər.

 

Terrorçulara qarşı mübarizə üçün əraziyə ordu hissələri göndərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş