AÇIQLAMA"/>

Komitə sədrindən "700 milyon manatlıq" <font color=red> AÇIQLAMA</font>

Aktual

04.03.2021 - 13:31

Səfər Mehdiyev: “Biz zavod və ya fabrik deyilik ki, hər hansı kəsirimiz olsun”

 

“Dövlət Gömrük Komitəsində hansısa hüquq-mühafizə orqanı və ya xidmətin yoxlama həyata keçirməsi və 700 milyon manat kəsir aşkarlaması xəbərləri həqiqəti əks etdirmir”.

 

AYNA xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bu gün keçirdiyi brifinqdə deyib.

 

O, qeyd edib ki, rəhbərlik etdiyi qurumdakı çatışmazlıq və nöqsanları ictimaiyyətə çatdırmağa azad mətbuatın hüququ var: “Lakin bu cür yanlış ittihamlar, fəaliyyətimizə kölgə salmağa cəhd edən şəxslərin siyasi oyunu idi. Komitədə hər il müvafiq qurumlar, xüsusilə də, Hesablama Palatası yoxlamalar aparır".

 

"Biz zavod və ya fabrik deyilik ki, hər hansı kəsirimiz olsun. Mən Komitənin illik nəticələrini ictimaiyyətə təqdim etdim. Son 3 ildə büdcəyə daxilolmalar artıb. Bunu, sadəcə görmürlərsə, kordurlar”, - deyə Mehdiyev vurğulayıb.

Müəllif: Ayna.az