Kolumbiyada milli fəlakət elan edilib: zəlzələdə ölənlərin sayı 111-ə çatıb

Dünya

11.08.2026 - 08:38

87 nəfər yaralanıb: ümumilikdə 61 bina dağılıb

Kolumbiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 111-ə çatıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Kolumbiya Prezidenti Abelardo de la Espriella 7,4 bal gücündə baş verən zəlzələdən sonra ölkədə milli fəlakət elan edib.

“El Tiempo” xəbər verir ki, son rəqəmlərə görə, ən azı 111 nəfər ölüb, 87 nəfər yaralanıb.

Zəlzələnin ən ağır təsirləri Çoko, Valle del Cauca, Risaralda, Caldas və Quindío departamentlərində hiss olunub. Ümumilikdə 61 bina dağılıb.

Qeyd edək ki, zəlzələ 10 avqustda baş verib. Zəlzələnin episentri Çoko departamentindəki San José del Palmar şəhərindən 5 kilometr aralıda olub. Zəlzələ Kolumbiyanın mərkəzi və cənub-qərbindəki bir neçə bölgədə, eləcə də Ekvador, Panama və Venesuela da daxil olmaqla digər ölkələrdə hiss olunub. Sunami təhlükəsi elan edilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş