3971 nəfər yaralanıb, daha 379 nəfər itkin düşüb
10 avqustda Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 281-ə çatıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Blu Radio” məlumat yayıb.
Zəlzələdən təsirlənən Kolumbiya şəhərlərində 3971 nəfər yaralanıb, daha 379 nəfər itkin düşüb. Ən çox ölüm halı artıq 96 nəfərin qeydə alındığı Kali şəhərindədir.
Qeyd edək ki, 10 avqustda Kolumbiyanın qərbindəki Çoko departamentinin San Xose del Palmar şəhəri yaxınlığında 7,4 bal gücündə zəlzələ baş verib. Daha əvvəl fəlakət nəticəsində 273 nəfərin öldüyü bildirilirdi.