Kolumbiya torpaq sürüşməsi baş verib, ölən və itkin düşənlər var

Dünya

09.03.2025 - 18:57

Həkimlər Klinikalar SEO Xidməti

Kolumbiyanın cənub-qərbində güclü yağışlar torpaq sürüşməsinə səbəb olub, azı bir nəfər ölüb, üç nəfər isə itkin düşüb.

AYNA bu barədə "ABC News"a istinadən xəbər verir.

Pasto şəhərinin meri Nikolas Toro yerli xəbər saytı "El Contraste Noticias"a bildirib ki, dünyasını dəyişən şəxs avtomobili ilə sürüşmə zonasından keçirmiş.

Milli Risklərin İdarə Edilməsi Təşkilatı 38 nəfərin xilas edildiyini bildirib. Qeyd olunub ki, 65 evə ziyan dəyib.

Ağır texnika zədələnmiş yolları açmaq və La Koça Laqun yaxınlığındakı məşhur turistik ərazidə kəsilmiş su təchizatını bərpa etmək üçün işləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş