Kolleclərə sənəd qəbulu başa çatıb

Xəbərlər

30.06.2021 - 16:04

9 illik təhsil bazasından kolleclərə 32 min 215 şagird sənəd verib

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2021/2022-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazası üçün sənəd qəbulu başa çatıb.

 

DİM-dən AYNA-ya verilən məlumata görə, ümumilikdə 32215 şagird sənəd verib. Onlardan 31332-si Azərbaycan, 883-ü rus bölməsindən olan şagirdlərdir.

 

Qeyd edək ki, ümumi (9 illik) orta təhsil bazası üçün sənəd qəbulu iyunun 14-də başlayıb.

Müəllif: Ayna.az