Kolleclərə qəbul olan abituriyentlərin qeydiyyat müddəti uzadılır

Xəbərlər

26.10.2020 - 16:25

Qeydiyyat onlayn qaydada həyata keçirilir

 

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti oktyabr 27-si saat 17:00-dək uzadılır.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AYNA-ya verilən xəbərə görə, abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı onlayn qaydada həyata keçirilir.

 

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

Müəllif: Ayna.az