Baş nazirin Baş Assambleyanın ümumi müzakirələrində çıxışı nəzərdə tutulub.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.
Baş nazirin sentyabrın 24-də Baş Assambleyanın ümumi müzakirələrində çıxışı nəzərdə tutulub.
İrakli Kobaxidze Nyu-Yorka səfəri çərçivəsində, həmçinin “Çoxtərəfli tərəfdaşlıq” sammitinə və Finlandiyanın təşkil etdiyi sülh mövzusunda yüksək səviyyəli panel müzakirəsinə qatılacaq. Onun müxtəlif dövlətlərin liderləri, eləcə də BMT-nin Baş katibi Antonio Quterreş ilə ikitərəfli görüşləri də planlaşdırılır.
Baş naziri səfərdə müavini və xarici işlər naziri Maka Boçorişvili, hökumət administrasiyasının rəhbəri Levan Jorjolianidən ibarət nümayəndə heyəti müşayiət edəcək.