Ülvi Mehdiyev: “Əvvəl bu, avtomatlaşdırılmış qaydada aparılırdı, indi isə postlarda təqdim edəcəklər”
Azərbaycan ərazisində 31 avqusta qədər yerüstü və hava nəqliyyatı vasitəsilə giriş-çıxış dayandırılıb. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.
O bildirib ki, sərtləşdirilmiş karantin tətbiq edilən rayon və şəhərlərdə istisnalar olmaqla, gediş-gəliş olmayacaq.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri Ülvi Mehdiyev də məsələyə toxunub. Onun sözlərinə görə, Bakıdan işlə əlaqədar yalnız ezamiyyə vərəqi olanlar sənədləri təqdim etməklə gedə biləcəklər.
“Əvvəl bu, avtomatlaşdırılmış qaydada aparılırdı. İndi isə postlarda təqdim edəcəklər”, - Mehdiyev əlavə edib.