Karapetyan: “Yeni silahlar əldə etməyi planlaşdırırıq”

Dünya

25.08.2021 - 15:38

“Əldə etdiyimiz silahların işlək olduğunu aydın şəkildə bilmək lazımdır”

 

Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiya ilə hərbi əməkdaşlığı inkişaf etdirmək üçün praktiki addımlar atılacağını deyib.

 

AYNA erməni mediasına istinadən bildirir ki, yüksək keyfiyyətli silahlara sahib olmalıdırlar: “Yeni silahlar əldə etməyi planlaşdırırıq. Köhnə silah almaqdan imtina etdik. Bu, bizim siyasətimizdir. Daha az, amma keyfiyyətli silaha sahib olmaq lazımdır. Əldə etdiyimiz silahların işlək olduğunu aydın şəkildə bilmək lazımdır”.

 

Qeyd edək ki, İkinci Qarabağ müharibəsində biabırçı şəkildə məğlub olan Ermənistanın rəhbərliyi Rusiyadan aldıqları silahların keyfiyyətsizliyindən şikayətlənmişdi. Baş nazir Paşinyan dəfələrlə qeyd edib ki, ordularının silah arsenalındakı silahların əksəriyyəti döyüş zamanı işləməyib.

Müəllif: Ayna.az