Karantində qanunsuz işləyən mikroavtobuslar aşkarlanıb

Xəbərlər

28.12.2020 - 11:14

Həkimlər Klinikalar SEO Xidməti

Onlar rayonlararası sərnişindaşıma fəaliyyəti ilə məşğul olublar

 

Qanunsuz rayonlararası sərnişindaşıma fəaliyyəti ilə məşğul olan mikroavtobuslar aşkar edilib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

 

Qeyd edilib ki, dekabrın 26-da Bakı-Qazax yolunun 65-ci kilometrliyində karantin rejimi ilə əlaqədar qurulmuş postda Ucar rayon sakini S.Rəhimovun, Tərtər rayon sakini E.Qurbanovun və Tovuz rayon sakini Ə.Məmmədhəsənovun idarə etdikləri “Mercedes” markalı üç mikroavtobus saxlanılıb.

 

Araşdırmalarla onların qanunsuz olaraq rayonlararası sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaları müəyyən edilib.

 

Hər üç sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokollar tərtib edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş