Karantində işləyən tədris mərkəzi aşkarlanıb - <font color=red> FOTOLAR</font>

Hadisə

26.12.2020 - 11:15

Həkimlər Klinikalar SEO Xidməti

Polis əməkdaşları tərəfindən tədris mərkəzinin fəaliyyəti dayandırılıb

 

Xaçmaz rayonunda karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris mərkəzi aşkarlanıb.

 

DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıblar. 

 

Polis əməkdaşları tərəfindən vətəndaş Elmar Səfiyevin icarə əsasında işlətdiyi tədris mərkəzinin fəaliyyəti dayandırılıb. Mərkəzdəki yeniyetmələr ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib. 

 

E.Səfiyevin və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş