Qonaqların sayının müəyyən edilən həddən artıq olduğu müəyyənləşib
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı rayonun Dədəgünəş kəndindəki “Zirvə” restoranında karantin qaydalarının pozulması halları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya bildirilib ki, obyektə baxış zamanı orada təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, qonaqların sayının müəyyən edilən həddən artıq olduğu müəyyənləşdirilib.
Restoranın sahibi Müşfiq Məmmədov aşkarlanmış qayda pozuntuları ilə bağlı inzibati məsuliyyətə cəlb edilib və 4 min manat məbləğində cərimələnib.