Polis əməkdaşları tərəfindən məntəqələrin fəaliyyəti dərhal dayandırılıb
İsmayıllıda iki avtomobil təmiri məntəqəsinin sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkar olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin məntəqələrin fəaliyyəti dərhal dayandırılıb.
Avtomobil təmirçiləri, Hikmət Salihov və Fəzail Hüseynov barəsində cərimə protokolları tərtib olunub.