Karantin qaydalarını pozan çay evi aşkarlanıb

Xəbərlər

14.12.2020 - 20:20

Sahibkar barəsində cərimə protokolu tərtib edilib

 

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reydlər zamanı şəhər ərazisində yerləşən “Xan” çay evinin xüsusi karantin rejimi qaydalarına zidd olaraq həftəsonu fəaliyyət göstərdiyi aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, çay evini icarə əsasında işlədən Fərid Nəbizadə Polis Şöbəsinə dəvət edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.

Müəllif: Ayna.az