Kanadada koronavirusdan ölənlərin sayı artıb

Dünya

09.05.2020 - 13:15

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusdan ölənlərin sayı artmaqda davam edir 

 

Kanadada son 48 saat ərzində 330 nəfər COVİD-19-un qurbanı olub. AYNA xəbər verir ki, bu barədə Kanada Federal Səhiyyə Nazirliyi məlumat paylaşıb. 

 

Məlumatda bildirilib ki, ölənlərin sayı artaraq 4678 nəfər çatıb.

 

Bununla yanaşı, koronavirus testi müsbət çıxanların sayı da 2938 nəfər artaraq 66 min 434-ə çatıb.

 

Digər tərəfdən, ölkədə bu günə qədər 30 min 406 nəfər koronavirusdan sağalmağı bacarıb. 

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş