Kanadada 5 bal gücündə zəlzələ baş verib

Dünya

23.10.2021 - 00:19

Yeraltı təkanlar Kalqari, Red-Dira və Edmonton yaşayış məntəqələrində hiss edilib

Kanadanın Qərbi Alberta ştatında 5 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə ölkənin Zəlzələlərə nəzarət xidməti məlumat yayıb.

 Zəlzələnin ocağı 9 km dərinlikdə, episentri Rokki-Mountaun-House qəsəbəsindən 31 km şimal-qərbdə yerləşib. Yeraltı təkanlar Kalqari, Red-Dira və Edmonton yaşayış məntəqələrində də hiss edilib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Müəllif: Ayna.az