Kaliforniya sahillərində 4,9 bal gücündə zəlzələ olub

Dünya

29.08.2026 - 13:47

Yeraltı təkanlar Petroliya şəhərindən 95 kilometr qərbdə qeydə alınıb

 ABŞ-ın Kaliforniya ştatının sahillərində 4,9 bal gücündə zəlzələ baş verib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Agentliyin məlumatına görə, yeraltı təkanlar Petroliya şəhərindən 95 km qərbdə qeydə alınıb. Episentr 2,3 km dərinlikdə yerləşib. Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş