Jurnalistlər üçün müsabiqə - "Qırmızı mürəkkəb"

Xəbərlər

14.09.2021 - 13:02

Həkimlər Klinikalar SEO Xidməti

Şəhid jurnalistlərin xatirəsinə müsabiqə elan edilib

“MediaTürk” TV şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə türkdilli dövlətlərin jurnalistləri arasında "Qırmızı mürəkkəb" TV jurnalistika müsabiqəsi elan edir. Bu barədə AYNA-ya TV-dən bildirilib.

Müsabiqənin şərtləri:

Müsabiqə iki nominasiyada - ən yaxşı telereportaj və ən yaxşı sənədli televiziya filmi nominasiyalarında keçirilir

Süjet və sənədli televiziya filmlərinin məzmunu işğal, müharibə, münaqişə və təbii fəlakətlərin acı nəticələri, onların meydana çıxardığı insan faciələrini əhatə etməlidir.

Müsabiqədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan televiziya və online TV jurnalistləri iştirak edə bilər.

Müsabiqəyə müraciət forması:

Süjet və sənədli filmlər  MP4 (H264 - 1920 x 1080) formatında wetransfer.com vasitəsilə  [email protected] ünvanına göndərilir.

İştirakçılar 2021-ci il yanvarın 1-dən 2021-ci il oktyabrın 30-na qədər yayımlanmış süjet və  sənədli filmlərini müsabiqəyə təqdim edə bilərlər. Sənəd qəbulu oktyabrın 30-də başa çatacaq.

Müsabiqədə iştirak üçün electron məktub:

Məktubda aşağıdakı məlumatlar yer alır:

Adı, Soyad, Ata adı

Çalışdığı media orqanı

Müraciət etdiyi nominasiya

İş ünvanı

İş telefonu

Mobil telefon (“WhatsApp” və ya “Telegram” olan)

E-mail ünvanı:

İştirakçılar haqqında məlumatlar [email protected]  ünvanına göndərilir

Müsabiqənin mükafat fondu:

Müsabiqədə hər nominasiya üçün 3 yer və 3 mükafat nəzərdə tutulub:

I Yer - 2 min manat

II Yer - min manat

III Yer – 700 manat

Müsabiqə ilə bağlı əlaqə:

Telefon:  (+ 994 12 497 87 42); (+ 994 50) 999 66 56

 E-mail: [email protected]

 Müsabiqənin qalibləri 8 Noyabr - Zəfər Günü elan olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş