Jurnalist Elnur Əşrəfoğlu dəfn olunub

İdman

20.10.2021 - 12:12

Həkimlər Klinikalar SEO Xidməti

Mərasim mərhumun yaxınları, idman ictimaiyyəti və jurnalistlər iştirak ediblər

Koronavirusdan vəfat edən Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri, baş katibinin müavini Elnur Əşrəfoğlu dəfn olunub.

AYNA-nın Apasport.az saytına istinadən məlumatına görə, tanınmış jurnalist Saray qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun yaxınları ilə yanaşı, idman ictimaiyyəti və jurnalistlər iştirak ediblər.

Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxmuş Elnur Əşrəfoğlu “Yeni Klinika”da müalicə alırdı. O, ECMO aparatına qoşulmuşdu. Tanınmış jurnalist dünən vəfat edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş