Jurnalist canlı yayım zamanı saxlanıldı – <font color=red> VİDEO</font>

Dünya

29.05.2020 - 20:24

Müxbirin canlı bağlantısına məhəl qoymayan polis onu qandallayıb

 

ABŞ-ın Minneapolis şəhərindəki iğtişaş zamanı CNN-in reportyoru canlı yayında hadisə yerindən məlumat verdiyi zaman saxlanılıb. Müxbirin canlı bağlantısına məhəl qoymayan polis onu qandallayıb.

 

AYNA BBC-yə istinadən xəbər verir ki, şəhərdə polis tərəfindən öldürülən qaradərili Corc Floydun hüquqları uğrunda günlərdir etirazlar səngimir. Aksiyaçılar irqi ayrıseçkiliyə qarşı küçələrə axışıb etiraz edirlər.

 

Hadisə yerindən reportaj hazırlayan müxbir Ömər Jimenez də qəfil polis müdaxiləsi ilə qarşılaşıb. Canlı yayın kəsilib, jurnalist və çəkiliş qrupu tutulub. Bir müddət sonra isə sərbəst buraxılıb.

 

Xatırladaq ki, C.Floyd adlı şəxs saxta pul satışı ilə məşğul olma ittihamı ilə avtomobilində polis tərəfindən yaxalanıb. Yayılan videolarda saxlanıldığı anda vəziyyətinin pisləşdiyi, buna baxmayaraq polis tərəfindən fiziki zorakılığa məruz qaldığı, nəticədə qaradərilinin öldüyü görüntülənir.

Müəllif: Ayna.az