İtkin düşmüş daha bir hərbçimizin nəşi tapılıb

Xəbərlər

19.05.2021 - 10:59

Həkimlər Klinikalar SEO Xidməti

Əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti tapılıb

 

Vətən müharibəsi zamanı itkin düşmüş daha bir hərbi qulluqçu tapılaraq, şəxsiyyəti  müəyyənləşdirilməklə, nəşinin aidiyyəti üzrə verilməsi təmin olunub. AYNA xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilib.

 

Prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş