İtkin düşən rusiyalı aktrisa tapılıb

Dünya

27.10.2021 - 02:04

Svetlana Svetliçnaya tok-şou çəkilişlərində iştirak edirmiş

Rusiyalı aktrisa Svetlana Svetliçnaya bir neçə günlük axtarışlardan sonra tapılıb. AYNA Rusiya mediasına istinadən bildirir ki, Moskva Cinayət Axtarış İdarəsinin əməkdaşları aktrisanı Eyzenşteyn küçəsindəki kinostudiyada tapıblar.

O, tok-şou çəkilişlərində iştirak edirmiş.

Svetliçnayanın vəziyyətinin yaxşı olduğu qeyd edilib.

Müəllif: Ayna.az