Səhiyyə Nazirliyi 27 şəhər üçün ən yüksək hava həyəcanı səviyyəsini elan edib
İtaliya Səhiyyə Nazirliyi bu il ilk dəfə olaraq Roma da daxil olmaqla, ölkənin 27 şəhəri üçün ən yüksək hava həyəcanı səviyyəsini elan edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, müvafiq bildiriş nazirliyin veb saytında yerləşdirilib.
Toskana, Latsio və Kampaniya da daxil olmaqla bəzi bölgələrdə temperatur 37-38 dərəcə Selsiyə çata bilər. Bolonya və Florensiyada temperatur 39 dərəcə Selsiyə çatacaq. Roma və Milanda isə 37-38 dərəcə Selsidə qalacaq.
Sinoptiklər sözdə tropik gecələr barədə xəbərdarlıq edir və qeyd edirlər ki, hətta gecələr də temperatur 20-25 dərəcədən aşağı düşməyəcək. Onlar bildirirlər ki, Afrika antisiklonunun təsiri ölkədə ən azı ayın ortalarına qədər hiss olunacaq.
İsti hava səbəbindən meteoroloqlar hər kəsi ehtiyat tədbirləri görməyə çağırırlar. Bu, xüsusilə uşaqlar və yaşlılar üçün keçərlidir. Onlara mümkün olduqda evdə qalmaları, bol su içmələri və fiziki fəaliyyəti məhdudlaşdırmaları tövsiyə olunur.