İtaliyalı deputatlar Qarabağa getdilər

Xəbərlər

06.12.2020 - 16:12

Deputatlar işğaldan azad edilmiş Ağdam şəhərində olublar

 

Azərbaycanda səfərdə olan İtaliya parlamentinin Deputatlar Palatasının nümayəndə heyəti işğaldan azad edilən Ağdam şəhərinə səfər ediblər. AYNA-nın APA-ya istinadən məlumatına görə, italiyalı deputatlar işğaldan azad edilmiş şəhərdəki vəziyyətlə yerində tanış olublar.

 

Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, digər deputatlar müşayiət edirlər.

 

Qeyd edək ki, italiyalı deputatlar dünən oktyabrın 11-də və 17-də Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı ərazidə olub, həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış yaşayış binasının ətrafına gül dəstələri düzüblər.

Müəllif: Ayna.az