İtaliyada daha 321 nəfər koronavirusa yoluxub

Dünya

04.06.2020 - 07:38

İtaliyada koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

İtaliyada son sutka ərzində daha 321 nəfər koronavirus infeksiyasına yoluxub.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti açıqlama yayıb.

 

Məlumata görə, bu günədək ölkədə 233 836 nəfər infeksiyaya yoluxub.

 

Son bir gündə virusdan ölənlərin sayı da 71 nəfər artaraq ümumilikdə 33 601 nəfərə çatıb. Epidemiyanın başlanğıcından bəri 160 938 xəstə sağalıb.

Müəllif: Ayna.az