İsveç Ukraynaya ciddi silah növləri tədarük edib

Dünya

28.05.2025 - 11:58

cedabet dərman SEO Xidməti

Səfir: “Stokholmun Kiyevə İsveç büdcəsindən yardım göstərmək üçün ayırdığı məbləğlər nəhəngdir”

Ukraynada müharibə başlayandan bu yana İsveç Kiyevə 8,2 milyard dollar dəyərində ciddi silah növləri tədarük edib. Xüsusilə, AWACS təyyarələri, zirehli transportyorlar, piyadaların döyüş maşınları, tanklar və artilleriya sistemləri Ukraynaya tədarük edilib. AYNA.AZ “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə, Rusiyanın Stokholmdakı səfiri Sergey Belyayev deyib.

“Stokholmun Kiyevə İsveç büdcəsindən yardım göstərmək üçün ayırdığı məbləğlər nəhəngdir: xüsusi əməliyyat başlayandan bəri ayrılan 9,5 milyard dolların təxminən 8,2 milyard dolları sırf hərbi yardımdır”, diplomat qeyd edib.

Onun sözlərinə görə, söhbət ciddi silah növlərindən gedir: “Bunlar iki havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsi, 200-ə yaxın zirehli personal daşıyıcısı, 90 CV90 piyada döyüş maşını, səkkiz “Archer” artilleriya sistemi və s.”.

Bundan əvvəl səfir Sergey Belyaev bildirmişdi ki, İsveç NATO-nun militarist ambisiyalarını həyata keçirmək üçün tramplinə çevrilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş