Tramp Türkiyəyə F-35 satışına qoyulan qadağanı ləğv edə bilər

Dünya

07.07.2026 - 12:29

Trampın Ərdoğana Ankaraya F-35 təyyarələrinin satışına icazə verməyə hazır olduğunu bildirməsi gözlənilir

ABŞ Prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana ABŞ hökumətinin Ankaraya F-35 beşinci nəsil qırıcı təyyarələrinin satışına icazə verməyə hazır olduğunu bildirməsi gözlənilir. AYNA.AZ xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, Trampın bu addımı necə həyata keçirmək və Konqresin Türkiyəyə F-35 satışına qoyulan qadağanı necə aradan qaldırmaq niyyətində olduğu hələ məlum deyil.

Adları çəkilməyən ABŞ administrasiyasının rəsmiləri liderlərin Türkiyənin F-35 proqramına qayıtmasını başlatmaq üçün rəsmi məktublar mübadiləsi apara biləcəkləri fikrini irəli sürüblər.

Qeyd edək ki, ABŞ lideri bu gün NATO sammitində iştirak edəcəyi Türkiyəyə gələcək.

Qəzetin məlumatına görə, ABŞ rəsmiləri Trampın fikrini dəyişə biləcəyi ehtimalını istisna etməyiblər. İyunun sonlarında “Euractiv” portalı ABŞ-ın S-400 sistemlərindən imtina etsə, lakin onları Rusiyaya qaytarmasa, "üçüncü ölkəyə" satsa, Türkiyəyə F-35 təyyarələri satmaq ideyasına yenidən baxa biləcəyini yazıb.

Xatırladaq ki, ABŞ 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini aldığına görə Türkiyəni F-35 proqramından kənarlaşdırıb. ABŞ Türkiyənin hər iki sistemi silahlı qüvvələrində istifadə etməklə F-35-in S-400-ə qarşı zəifliyi barədə məlumat toplaya biləcəyi ilə bağlı narahatlıqlarını dilə gətirib.

F-35 təyyarələrinin Türkiyəyə verilməsinə Ankara ilə münasibətləri pisləşən İsrail və Türkiyənin NATO müttəfiqi olan Yunanıstan da qəti şəkildə qarşı çıxır. Yunanıstan və İsrail iddia edirlər ki, F-35-lərin Türkiyəyə verilməsi "regional güc balansını pozacaq".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş